"Molla Nəsrəddinin beş arvadı" Sumqayıtda
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 16-da Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edəcək.
15 May 2018 17:37 MədəniyyətÜmummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilən "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 16-da Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edəcək.
Olaylar.az bildirir ki, əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.
Səhnə əsərində rolları Respublikanın Əməkdar artistləri Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov, Fərid Rzayev ifa edirlər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor-assistenti Tamilla Aslanovadır.