İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həsr olunmuş abidənin açılışı olub

İstanbul Feriköy qəbristanlığında Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsüylə burada uyuyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həsr olunmuş abidənin açılışı olub.

Açılışda Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev, millət vəkili Çingiz Qənizadə, elm,sənət və iş dünyasının seçilən nümayəndələri ilə yanaşı, çoxlu sayda vətəndaşlar da  iştirak edib.

Görkəmli şəxslərin xatirələri yad edilib, abidənin önünə gül dəstələri qoyulub.

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31