Azərbaycan Gürcüstan fotoqraflarının gözündə

Mayın 15 – də Azərbaycan Fotoqraflar Birliyinin “Beynəlxalq foto günləri - 2018” layihəsinə çərçivəsində Azərbaycana Gürcüstan fotoqraflarının gözü ilə baxmağa - “Mən Azərbaycanı sevdim” sərgisi və “People” nominasiyası üzrə mükafatlandırma mərasimi keçiriləcək.

Mayın 15 - də Azərbaycan Fotoqraflar Birliyinin "Beynəlxalq foto günləri - 2018" layihəsinə çərçivəsində  Azərbaycana Gürcüstan fotoqraflarının gözü ilə baxmağa - "Mən Azərbaycanı sevdim" sərgisi və "People" nominasiyası üzrə mükafatlandırma mərasimi keçiriləcək.

FİAP-in tərəfdaşlığı ilə 2017-ci ildən başlanmış və 6 aylıq müddəti əhatə edən "Caucasus - Carpathians circuit - 2017" layihəsi çərçivəsində üç ölkə - Ukrayna, Gürcüstan və Azərbaycanın elan etdiyi birgə beynəlxalq fotomüsabiqədə 57 ölkədən 383 fotoqrafın 5292 əsəri müsabiqəyə buraxılıb. Beynəlxalq dərəcəli 9 münsifin təmsil olunduğu münsiflər heyətinin səs verməsi ilə 4 nominasiya üzrə 52 mükafat təsis edilib və 158 fotoqraf mükafatlara layiq görülüb.

Paytaxtımızın üç sərgi salonunda "Beynəlxalq foto günləri - 2018" layihəsi çərçivəsində açılacaq sərgilərdə sənətsevərlər qalib gəlmiş 52 əsər və müsabiqədə iştirak etmiş 8 azərbaycanlı müəllifin 50-yə yaxın əsəri ilə tanış olacaq və mükafatların təqdimatına şahidlik edəcəklər.

"Beynəlxalq foto günləri - 2018" tədbirlər silsiləsi zamanı sənətsevərlər "Qalereya 1969-da "Art salon Azerbaijan-2017" fotosərgisinə, "NUR Art House"da "Azərbaycan Gürcüstan fotoqraflarının gözü ilə" sərgisinə, "Landmark" sərgi salonunda isə "Bir sevdadır Quzey Kıbrıs" sərgisinə ev sahibliyi edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31