Bu gecə "Eurovision-2018" in ikinci yarımfinal mərhələsi baş tutacaq

Bu gecə Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

18 ölkənin təmsilçisi səhnəyə çıxaraq mahnılarını səsləndirəcək.

Onlar arasında İsveç, Norveç, Rusiya, Avstraliya, Rumıniya, Monteneqro, Serbiya, Malta,Danimarka, Moldova, Niderland, Gürcüstan, San-Marino, Polşa, Macarıstan, Latviya, Malta,Sloveniya və Ukraynadır.

Birbaşa finalda çıxış edəcək ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi olan Portuqaliyadır.

"Eurovision 2018"in finalı mayın 12-də keçiriləcək. 

Qeyd edək ki, ölkəmizi müsabiqədə Aysel Məmmədova təmsil edirdi. Aysel birinci yarımfinalda səhnəyə çıxıb, təmsilçimiz finala vəsiqə qazana bilməyib. 

Axsam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31