Cümhuriyyət ili çərçivəsində - “İstedad sorağında-3” yaradıcılıq müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, "Mədəniyyət" qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə "İstedad sorağında-3" yaradıcılıq müsabiqəsini elan edilib.

Müsabiqənin yekun sərgisi mayın 15 - də saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

16-29 yaş aralığında olan gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında keçirilən müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılmasından ibarətdir.

Müsabiqəyə 250-yə yaxın həvəskar və rəssamın, 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 60-a yaxın iştirakçının, 70-6 qədər işinin nümayişi nəzərdə tutulur.

Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda "Mədəniyyət" qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulub.

Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31