Kirkorovdan Aysellə bağlı paylaşım: "Ona dəstəyə gəldim"

Xəbər verdiyimiz kimi, bu gün "Eurovision" müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Təmsilçimiz Aysel Məmmədova (Aisel) birinci olaraq səhnəyə çıxacaq.

Rusiyanın xalq artisti Filipp Kirkorov Portuqaliyanın paytaxtı Lissabona yollanıb. O bildirib ki, səfərinin məqsədi Ayselə dəstək olmaqdır. Kirkorov bununla bağlı İnstaqramında paylaşım da edib.

"Dream team" komandasını və sevimli Azərbaycanın təmsilçisi olan Aiseli dəstəkləməyə gəlmişəm. Əhsən Aysel və "Dream team" deyə, Filipp qeyd edib.
 

Qeyd edək ki, Aiselin "Eurovision" çıxışı üzərində F.Kirkorovun sahibi olduğu "Dream team" komandası çalışıb. O, ölkəmizi "I cross my heart" mahnısı ilə təmsil edir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31