Şakira 11 ildən sonra İLK DƏFƏ

12 Grammy mükafatçısı Şakira "El Dorado" adlı albomu ilə dünya turnesinə çıxacaq.

Olaylar.az türk mediasına istinadən bildirir ki, kolumbiyalı müğənni konsert verəcəyi ölkələr sırasına Türkiyəni də əlavə edib.

İyulun 11- də İstanbulda konserti gözlənilən müğənni sevənlərini konsertinə səsləyib və tədbirin çox maraqlı olacağını vəd edib.

Qeyd edək ki, Şakira 11 ildən sonra ilk dəfə Türkiyədə konsert verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31