“Nar bağı” beynəlxaql festivalın baş mükafatına layiq görüldü

"Nar bağı" bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən "South East European" film festivalının qalibi olub.

Olaylar.az  bildirir ki, ekran işi festivalın baş mükafatına - "Best feature film. Grand jury prize. Bridging the Borders Award" layiq görülüb.

"Azərbaycanfilm" kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib. Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31