Muğam ifaçıları Yunan musiqiçiləri ilə birgə çıxış edəcəklər
3 May 2018 16:20 MədəniyyətMayın 6-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Yunanıstandan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər.
Olaylar.az bildirir ki, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.
"Rembetiko meets Mugam" adlı konsertdə Yunanıstandan gəlmiş iki ifaçı - Makis Stamoulis və Kostas Spiropoulis Azərbaycanın əməkdar artistləri Sahib Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.
Rembetiko - musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda "rembetiko" deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər."Rembetiko" stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.