Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi 100 tələbə

"Gülə-gülə gedin, ancaq gələndə yabancı gəlin gətirməyin"

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkədə peşəkar mütəxəssislərin çatışmazlığı hiss olunurdu. Bu səbəbdən Məmməd Əmin Rəsulzadə: "Əlbətdə biz daha ixtisaslı və bilikli adamlar yetişdirmək üçün Avropaya tələbələr göndərəcəyik".

Tələbələrin həmin ilin sentyabrında göndərilməsi nəzərədə tutulsa da, Beynəlxalaq şərait və yerli nazirliklərin səhlənkarlıqları bu məsələni 1 il gecikdirir. Məsələylə bağlı 15 sentyabrda xüsusi kommissiya yaradılır. Tələbələri seçərkən gedəcəkləri ölkənin dilini bilməsi, attestat qiymətlərinin yüksək olması və onların təhsil alması üçün maddi imkansızlıqları nəzərə alınırdı.

Məhəmməd Ağa Şahtaxtlı tələbələrin xaricə göndərilməsinə qarşı idi. O, bunun ölkəyə baha başa gələcəyindən qorxurdu. Xaricə göndəriləcək tələbələrin siyahısında və gedəcəkləri yerlərdə müəyyən dəyişikliklər olsa da, yekun siyahıda 102 tələbənin xaricə göndərilməsi təsdiqlənir.

9 tələbənin Türkiyəyə, 52 tələbənin Almaniyaya, 25 tələbənin Fransaya, 3 tələbənin İtaliyaya, 13 tələbənin isə Rusiya və Ukraynaya göndəriləcəyi təstiqlənir.

Ukrayna və Rusiyaya göndərilən 13 tələbənin hər biri Cümhuriyyətdən 21 manat pul alsa da, təyinat yerinə getmir və pullar batır. Beləcə də Avropaya 102 yox, 89 tələbə gedir. Tələbələrdən biri bu ərəfədə vəfat edir.

Bəzi mənbələrdə yeganə qadın tələbə kimi Kazımova Dinarənin adı çəkilir. Amma tələbələr içində bu adda adam olmayıb.

Dövlət xəzinəsindən 7 milyon rubl pul ayrılır. 1920-ci ildə tələbələri yola salmağa bir çox dövlət nümayəndələridə gəlir.

Məclisdə Məmməd Əmin Rəsulzadə tələbələrə deyir: "Gülə-gülə gedin, ancaq gələndə yabancı gəlin gətirməyin"

Tələbələr Cabbar Qaryağdıoğlunun muğam sədaları ilə göndərilir.

Olaylar.az "Belə belə işlər"-ə istinadən bildirir ki, ancaq Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Aropada tələbələrin vəziyyəti də çox acınaqlı hal alır. Bolşeviklər tələbələrə göndərilən təqaüdü kəsir. Tələbələrin Nəriman Nərimanova məktubundan sonra Nərimanov bir mücrü ləl-cəvahirat toplayaraq tələbələrə göndərir. Çox çətinliklədə olsa bolşeviklər tələbələrin təqaüdünü bərpa edir. 70 dən çox gəncin Avropa ölkələrində məskunlaşmasında ƏliMərdan bəy Topçubaşovun böyük rolu olub. Ceyhun Hacıbəyli də Fransada təhsil alan tələbələrin maddi yardımını əsirgəmirdi.

Avropaya göndərilən 89 tələbədən 56-sı Azərbaycana qayıdır. Onların 41-i repressiya qurbanı kimi güllələnir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31