Cümhuriyyətin 100 illiyi İstanbulda qeyd olundu

İstanbul Mərmərə Universitetində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Mərmərə Universiteti və Azərbaycan Mədəniyyətinin “Yaşama və Yayma” dərnəyi Azərbaycanla bağlı tədbir keçirib. Tədbir Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konsert proqramıdır.

İstanbul Mərmərə Universitetində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Mərmərə Universiteti və Azərbaycan Mədəniyyətinin "Yaşama və Yayma" dərnəyi Azərbaycanla bağlı tədbir keçirilib. Tədbir Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konsert proqramıdır.

Tədbir başlanmazdan öncə Azərbaycanın İstanbul Baş Konsulluğundan konsul Esmira Hüseynova, universitetin müəllim pedaqoq heyətindən dosent Aytac Rzaquliyeva, dosent Tülin Malkoç, professor Mehmet Akalın Azərbaycan və Türkiyənin qardaşlığından, tarixi bağlardan Heydər Əliyevin bu siyasətdəki tarixi xidmətlərindən və Azərbaycan Demokratik Cümhuriyyətinin türk dünyası tarixindəki müstəsna yerindən bəhs ediblər. Sonra Azərbaycan və Anadolu türklərinin musiqi xəzinəsindən olan ən gözəl əsərlər səsləndirilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31