Azərbaycanlı aparıcı ABŞ-da ailə həyatı qurdu - FOTO
3 May 2018 11:05 Mədəniyyət"CBC Sport"un aparıcısı Əzəmət Əhədzadə ABŞ-da evlənib.
Vüqar adlı iş adamı ilə ailə quran aparıcının toyu da ABŞ-da baş tutub.
Nyu-Yorkun Staten-Aylend bölgəsində təşkil olunan məclisdə cütlüyün yaxınları və dostları iştirak edib.
Qeyd edək ki, Əzəmət Əhədzadə 2015-ci ildən "CBC Sport"da yayımlanan "Biz nə yeyirik?" adlı proqramın aparıcısı idi. O, ötən ay evlənməsi səbəbilə işindən ayrılıb.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31