Kibariyənin əri qumarda 10 milyon uduzdu

Müğənni Kibariyənin əri Əli Küçükbalçık uzun müddətdir ki, sahibi olduğu şirkətin işçilərinə maaş ödəyə bilmir.

Əlinin bir sıra şirkətlərdən başqa banklara da 10 milyon lirə (4.8 milyon manat) borcu var.

Cütlük 1999-cu ildə ailə həyatı qurub. Sonradan isə Kibariyənin adından istifadə edərək etibar qazanıb və şirkətlərlə iş qurub.

Küçükbalçık maaşını istəyən işçiləri hədələyib. İşçilər isə prokurorluğa şikayət ediblər. Əli lüks avtomobilinin borcunu ödəmədiyi üçün maşını əlindən alınıb.

İddiaya görə, Əli Kiprdəki qumarxanada livanlı bir qadınla qumar oynayıb və külli miqdarda pul uduzub.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31