Şəbnəm türk müğənni ilə duet oxudu
1 May 2018 17:57 MədəniyyətMüğənni Şəbnəm Tovuzlu Türkiyə şou-biznesinə qatılıb.
Bu haqda türk mediası xəbər yayıb.
Bildirilib ki, xalq mahnıları ifaçısı Ekin Şəbnəm Tovuzlu ilə "Gelin" adlı mahnını duet şəklində oxuyublar. Bununla əlaqədar Türkiyəyə gedən Şəbnəm orada klip də çəkdirib.
Ekran işinin rejissorluğu Rahmi Akkuşa həvalə edilib. Hər zaman xalq musiqisinə üstünlük verən Ekin bundan sonra klub tərzində mahnılar oxuyacaq. Bu addımı isə ilk dəfə Ş.Tovuzlu ilə birlikdə atıb.

Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31