Hadisənin məşhur çimərliyi ilə bağlı daha bir probem
25 Aprel 2018 10:44 MədəniyyətMüğənni Hadisənin 2 il əvvəl Bodrumda açdığı "La Plaj" çimərliyi bələdiyyə tərəfindən dağıdılıb.
Çimərliyi ona satan şəxslə məhkəməlik olan ifaçı başqa problemlə üzləşib.Belə ki, Hadisənin dəbdəbəli və bahalı çimərliyinin sənədsiz olduğu ortaya çıxıb. Bələdiyyə bu səbəbdən bulldozer və traktorlarla çimərliyi dağıdıb.
Xatırladaq ki, "La Plaj"ın sahibi Hadisənin 1,9 milyon lirəlik (təxminən 950 min manat) borcu olduğunu və ödəmədiyini iddia edərək onu məhkəməyə vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31