Daha bir azərbaycanlı "O Səs Türkiyə"ni çalxaladı VIDEO
Gənc müğənni ifası ilə münsifləri və tamaşaçıları heyrətləndirə bilib
16 Noyabr 2015 10:15 MədəniyyətTürkiyənin "O səs Türkiyə" layihəsində daha bir azərbaycanlı iştirakçı səhnəyə çıxıb.ANS PRESS-in məlumatına görə, yarışmaya Bakıdan qatılan Mərdan Kazımov Sem Smitin repertuarından "La la la" mahnısını səsləndirib.Həmyerlimiz ifası ilə müsifləri və tamaşaçıları heyran edə bilib. Onun ifasına müsif kreslosunda əyləşən Ebru Gündeş və Hadisə dönüb. Onlar Mərdanı komandalarına qatmaq üçün onu razı salmağ uğrundə əsl mübarizəyə başlayıblar. Gənc müğənni sonda Ebru Gündeşi seçib.Mərdan bu il yarışmaya qatılan ilk azərbaycanlı ifaçı deyil. Bundan əvvəl "O səs Türkiyə" yarışmasında Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva çıxış edib. Aynişanın valehedici səsi dörd münsif heyyətinin hər birinin dönməsinə səbəb olub. Gənc müğənni Polad Bülbüloğlunun "Gəl, ey səhər" mahnısını ifa edib. İfasının bitirdikdən sonra, o, münsif kürsüsündə əyləşən ifaçı Murad Bozla həmin mahnını yenidən duet şəklində səsləndirib. Aynişan yarışmaya Burad Bozla davam edəcək.Həmidə Hüseynova da bu il öz imkanlarını Türkiyənin məşhur layihəsində göstərib. "Kristal" qrupunun keçmiş solisti "Sarı gəlin" mahnısını səsləndirib. Münsiflərdən Ebru Gündeş H.Hüseynovanın ifasını bəyənib. 25 yaşlı ifaçı E.Gündeşin komandasında yarışmaya davam edəcək.Yarışmaya qatılan və hər kəsi çöşdurmağı bacaran yerlilərimizdən Azərbaycanın rep qrupu "Nəğd Pul" - Afiq Novruzov ve Hilal qardaşları olub. Dörd məşhur mahnını remiks edərək üzərinə "Bizi tanımağınıza az qaldı" adlı rep söyləyən gənclər münsifləri dərhal özlərinə tərəf döndərməyi bacarıblar. Müğənnilər Ebru Gündəş ve Hadisə səhnəyə çıxaraq onlarla bir yerdə rəqs ediblər.Tamaşaçıların istəyi ile eyni mahnını ikinci dəfə ifa eden azərbaycanlı ifaçılar sonda Gökhan ve Hakan Özoğuzu seçiblər.TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan "O səs Türkiyə" yarışmanın münsiflər kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan oturur.