IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 16-dan 18-dək IV Bakı beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Bu barədə nazirlikdən verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcək. Ölkəmizdə kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən bölgələrimizin mədəni zənginliyini təbliğ edən 100-dən artıq yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar sərgidə iştirak üçün qeydiyyatdan keçiblər. Xarici ölkə təmsilçilərinin də sərgi-yarmarkaya marağı artmaqdadır.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və ən müxtəlif sahələrinədək kitablarla ı əldə etmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31