Oksana və İlhamə filmə çəkilirlər

Tanınmış rəqqasə Oksana Rəsulova və müğənni İlhamə Qasımova eyni filmdə oynayacaqlar. "Olaylar"ın məlumatına görə, bu barədə O. Rəsulovanın özü danışıb. "Bu yaxınlarda inşallah, yeni bir film çəkilişləri başlayacaq. Hələ ki, film haqqında heç bir şey demək istəmirəm. Amma onu deyə bilərəm ki, mən və İlhamə Qasımova bu filmdə rol almışıq. Düşünürəm ki, bizi ayrı-ayrı obrazlarda bədii filmdə görmək çox maraqlı olacaq, şəxsən mənə çox maraqlıdır", - deyə Oksana Rəsulova qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31