Elzanının qızının toyunda QALMAQAL - Nadirə söz atdı və...
25 Avqust 2015 13:38 MədəniyyətÖtən gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyunda müğənni Nadir Qafarzadə ilə aparıcı-aktyor Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, gecədə qonaq kimi qatılan müğənni və aparıcı arasında mübahisəsi olub. Belə ki, məclisin aparıcısı səhnəyə müğənni Nadir Qafarzadəni dəvət edib. Səhnəyə qalxan Nadir Qafarzadəyə Sərxan Kərəmoğlu "Nadir, oxu". Aktyorun bu sözləri isə N.Qafarzadənin xoşuna gəlməyib. O, S.Kərəmoğluna "Çaşma, mənə heç kəs əmr edə bilməz" deyərək cavab verib. İfasını bitirdikdən sonra müğənni məkanı tərk edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31