Əməkdar artist Elza Seyidcahan dünən qızını gəlin köçürdü. Anspress-in məlumatına görə, Gülşən və Elxanın toy məclisi paytaxtın ən bahalı restoranlarının birində baş tutub. Məclis əvvəlcədən anons edildiyi kimi qeyri-adi olmasa da, çox gözəl təşkil olunub. Gecədə şou-biznesin bir çox tanınmış simaları iştirak edib. Toyun aparıcı müğənnisi isə Zamiq Hüseynov olub. Elza Seyidcahan toydan əvvəl məclisin qeyri-adi təşkil edildiyini demişdi. "Bu toyun analoqu yoxdur. Hamı bu məclisdən danışacaq. Bu, mənim növbəti layihəmdir" - deməklə, hər kəsi maraqlandıra bilmişdi. Lakin toyda olanlar qeyri-adi bir şeyin baş vermədiyini, hər hansı qəribəliyin şahidi olmadığını deyir.
Gülşənin həyat qurduğu Elxan Əlisatov fotoqrafdır. Gülşənin xına mərasimi avqustun 19-da olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31