Nadirin yeni “Maral”ı VIDEO

Müğənni Nadir Qafarzadə "Ay maral" adlı mahnı ifa edib. "Olaylar"az-a açıqlama verən ifaçı bildirib ki, bu gün təqdim etdiyi "Ay maral" adlı mahnı bir neçə il öncə ifa etdiyi "Maral"ın ikinci hissəsidir:
"2013-ci ildə ifa etdiyim "Maral" mahnısına görə çox müzakirə olundum. Mahnını bəyənənlər çox olsa da tənqid edənlər də oldu. Bütün bu tənqidlərə baxmayaraq "Maral" "Youtube" şəbəkəsində ən çox dinlənilən Azərbaycan mahnısı oldu. Əminliklə söyləyə bilərəm ki, bu günə qədər də mahnı mənim ifamda sevilir. Hətta mahnının baxış sayı milyonu keçib. Bu da bir ifaçı kimi məni sevindirir. Həmin mahnıdan sonra bir çox pərəstişkarlarım soruşurdular ki, "Maral"ın ardı gəlməyəcək? Məhz sevənlərimin istəyini nəzərə alıb "Ay maral" mahnısını yazdırdım".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31