Soyuq silahı “suvenir” kimi gömrükdən keçirmək istədi
21 Avqust 2015 16:33 Mədəniyyətİstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmağ"a bənzər əşyaların təsvirləri görünüb. Döblət Gömrük Komitəsindən verilən məlumata görə, təkrar yoxlama zamanı Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirmişdir ki, baqajından aşkar olunan "beşbarmaq"ları Türkiyədən suvenir kimi almış və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdırlar. Faktla bağlı təhqiqat aparılır.