"Serial təklifini ona görə qəbul etdim ki..." - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı ilk dəfə seriala çəkilməsindən danışıb. Axşam.az-a açıqlama verən aktrisa "Qayınanamız" adlı serialın ssenarisinin sırf onun üçün yazıldığını bildirib: "Mənim üçün önəmli olan ssenaridir. Əgər o yaxşıdırsa, razılaşaram. Bu serialın ssenarisi də sırf mənim üçün yazılıb. Buna görə də razılıq verdim. Bundan sonra bəyəndiyim film ssenarisi olsa, ona da çəkilərəm". A.Bəşirqızı bundan sonra dramatik obraz da canlandıracağını bildirib: "Məni dramatik obrazda görmək istəyən tamaşaçılar yeni mövsümdə teatra gəlsin. İki dramatik obraz canlandırıram. Mövsüm açılışı sentyabrın 10-dadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31