Kriminal

Üç milyonluq dələduzluğu görə prokuror 170 il istədi

22 Noyabr 2016 18:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlərə Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Aztelekom"un sabiq rəhbərlərinin "tender yeyintiləri"

22 Noyabr 2016 18:10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin həbsdə olan sabiq baş mühasibi Oktay Rüstəmovun tender qalibindən xeyli məbləğdə pul alması müəyyən olunub.

18 yaşlı rusiyalı qız Bakıda girova çevrilib

22 Noyabr 2016 17:31

Sankt-Peterburqdan Bakıya atalığının yanına gəlmiş məktəbli qız girova çevrilib. O, artıq iki həftədir ki, Azərbaycandadır.

Sevgilisi ilə birləşib ərini öldürən qadına HÖKM OXUNDU

22 Noyabr 2016 17:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"İlhamə Quliyeva məni bıçaqla yaralayıb" - YENİLƏNİB

22 Noyabr 2016 17:04

Fasilədən sonra Mehriban Hüseynova əlavə edib ki, Vüqar Bəkirov saxta vəsiyyətnamə düzəltmək üçün 3500 manat pul verib: "Mənə dedilər ki, İlhamə xanımın saxta imzası lazımdır. Bir qədər sonra Vüqar məndən 6 min manat pul istədi".

Sərhədçilər narkotik vasitə aşkar ediblər

22 Noyabr 2016 15:38

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, 19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlumatına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastava¬sının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılmışlar. Avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülmüşdür. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MMC-dən pul və sənəd oğurlayanın əlləri qandallandı

22 Noyabr 2016 14:38

Paytaxtda sisilə oğurluq törədən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus olan 6 avtomobildən, 2 nəfərə məxsus həyətyanı sahələrdən, habelə rayon ərazisindəki MMC-lərdən birinin həyətindən pul, sənəd, məişət əşyaları və akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yusif Cəfərov tutulub.

Evdən 10 min dollar aparan tutulub

22 Noyabr 2016 14:35

Noyabrın 19-da Bakı şəhər sakini Maral Əsgərovanın evindən 1200 manat və 10.000 ABŞ dolları oğurlanıb. DİN-dən verilən məlumata görə, Nərimanov 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramin Soltanov tutulub.

Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib

22 Noyabr 2016 14:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı məhkəmədə şahidlər dindirilib

22 Noyabr 2016 14:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avtomobil qaçıran şəxs saxlanıb

22 Noyabr 2016 14:19

Noyabrın 4-də Bakı şəhər sakini Məhəmməd Abdullayevə məxsus "KİA" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırmaqda şübhəli bilinən paytaxt sakini Müzəffər Sərxanbəyov tutulub. Araşdırma aparılır.  Noyabrın 4-də Bakı şəhər sakini Məhəmməd Abdullayevə məxsus "KİA" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırmaqda şübhəli bilinən paytaxt sakini Müzəffər Sərxanbəyov tutulub. Araşdırma aparılır. 

8 avtomobilin akkumlyatorunu oğurlayan tutulub

22 Noyabr 2016 14:18

Bakıda maşınlara qənim kəsilən şəxslər ifşa edilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 8 nəfərə məxsus avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Qarayev və Nurlan Bağırov tutulublar.

82 yaşlı qadın evində yanaraq ölüb

22 Noyabr 2016 14:17

Qubada 82 yaşlı qadın evində yanaraq ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb. Araşdırma aparılır.

Rusiyadan qaçan Azərbaycanda saxlanıb

22 Noyabr 2016 14:15

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev, 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulub.

Nardaran sakinindən tapança götürülüb

22 Noyabr 2016 14:14

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.”Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı “Mauzer” markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.