Kriminal

Nazirin keçmiş məsəhətçisi: "6-7 kiloqram qızılımızdan 300-400 qram qalmışdı"

22 Noyabr 2016 14:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Məhkəmə Maşallah Əhmədova vaxt qoydu

22 Noyabr 2016 11:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qızıl Məryəm"in qatilindən xəbər var

22 Noyabr 2016 11:22

Bakıda anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

Akif Çovdarovun məhkəməsində zərərçəkmişlər dindirilir - YENİLƏNİB-1

21 Noyabr 2016 17:50

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AST Telmanın qardaşı həbs olundu - YENİLƏNİB - VİDEO

21 Noyabr 2016 17:38

Moskvaətrafı Mojaysk Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun moskvalı biznesmenlərin qətlində təqsirləndirilən qardaşı Rafiq İsmayılovun həbs müddətini fevralın 16-dək artırıb.

Telman İsmayılovun o biri qardaşı da qətl işinə qarışdı

21 Noyabr 2016 16:50

Azərbaycanlı oliqarx və müflis duruma düşmüş keçmiş milyarder Telman İsmayılovun daha bir qardaşı iki nəfərin qətli işi üzrə fiquranta çevrilir.

Rüfət Səfərov Şüvəlan Təcridxanasına köçürüldü

21 Noyabr 2016 16:30

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən sabiq müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.

Sumqayıtda beşmərtəbəli binada yanğın olub

21 Noyabr 2016 14:43

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bunanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağında 7 m2 sahədə döşəmə və 1 ədəd döşək yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mahmudovun qohumunun "sehrbazlığı"

21 Noyabr 2016 14:38

Kondisioner yoxdur, amma 800 min "xərclənib" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.

Əli Kərimlinin köməkçisinin şikayəti rədd edildi

21 Noyabr 2016 14:36

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin həbs müddətinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

AST Telman iki biznesmeni öldürdən qardaşını necə xilas edib?

21 Noyabr 2016 13:39

Azərbaycanlı oliqarx və hazırda müflis durumda olan biznesmen Telman İsmayılovun qardaşının iki nəfərin qətlini sifariş verməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Virtualaz.org xəbər verir ki, qətldən az sonra, 2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb. Və bu səylər ilkin nəticə verib. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskvaətrafı vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün "yetərli əsas tapa bilməyib". Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb. 

Komitə sədri: "Erməni əsirliyində olan azərbaycanlı qadınların..."

21 Noyabr 2016 13:15

Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb. Olaylar.az  APA-ya istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış mərasimində çıxışı zamanı eyib.

Mağazanı qarət edənlər ifşa edilib

21 Noyabr 2016 12:55

Noyabrın 12-də rayon sakini İlkin Novruzova məxsus mağazadan 270 manat pul və 8.000 manat dəyərində parfumeriya məhsulları oğurlanıb. DİN-dən verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Aqşin Salayev və Ravin Səmədov tutulub. Daha 1 nəfər isə müəyyən edilib. 

Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb

21 Noyabr 2016 12:54

Noyabrın 21-də saat 01 radələrində Goranboy rayonunun Sarov kəndində Gəncə şəhər sakini Arzu Süleymanov idarə etdiyi "KamAZ" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Murad Nəzərovun "Mercedes" markalı avtomobilinə vurub. DİN-dən verilən mllumata görə, nəticədə M.Nəzərov hadisdə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qanunsuz idman mərc oyunları təşkil edənlərə qarşı cinayət işi açıldı

21 Noyabr 2016 11:58

Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edib. Nazirlikdən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov “Bədən tərbiyəsi və idman haqqında” qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib.