Kriminal

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib 

21 Noyabr 2016 11:50

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

80 yaşlı qadın yanaraq öldü

19 Noyabr 2016 17:34

Evdə qumbara tapıldı

19 Noyabr 2016 17:16

Akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib

18 Noyabr 2016 18:13

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 25 oktyabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi tapşırılıb.

Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyuldu

18 Noyabr 2016 18:11

"Rabitə işi" üzrə axtarışa verilmiş "Caspian Telecommunication LTD" şirkətinin rəhbəri və "AKEY" MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur.

Rabitə Nazirliyinin sabiq əməkdaşlarının üzərlərinə həbs qoyulan əmlaklarının

18 Noyabr 2016 17:51

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin əmlaklarına həbs qoyulub.

Vidadi Zeynalov: "Ayda 500 min manatı Əli Abbasovun tapşırığı ilə almışam"

18 Noyabr 2016 17:48

"Aztelekom" MMC epizodu üzrə ifadə verən Rabitə və Yüksək Texnologiya Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov MMC-nin direktoru Məhəmməd Məmmədovla üzləşib.

Sabiq baş direktorun evlərindən 330 min dollar və 87 min manat aşkarlandı

18 Noyabr 2016 17:03

"AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub. Olaylar.az report-a istinadən bildirir ki, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, "Cartburg NC" şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.

Pul kisəsini oğuralayandan heroin götürülüb

18 Noyabr 2016 16:49

Noyabrın 17-də Bərdə şəhərində naməlum 2 nəfər şəhər sakini Elbrus Aslanova məxsus içərisində pul və sənəd olan pul kisəsini soyğunçuluq yolu ilə alıblar. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Bəxtiyar Əliyev tutulub, digər şəxs isə müəyyən edilmişdir. B.Əliyevdən 0,36 qram heroin götürülüb.

Ərinin tapançasını polisə təhvil verdi

18 Noyabr 2016 16:47

Sabunçu rayon sakini odlu silahı polisə könüllü təhvil verib. DİN-dən verilən məlumata görə, noyabrın 17-də Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rəhilə Qasımova vəfat etmiş əri Ələmdar Qasımova məxsus "Naqan" tipli tapançanı və 25 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Səbail sakininin evindən 70 min manatlıq qızıl oğurlanıb

18 Noyabr 2016 16:45

Noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu PB-yə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapmış və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.

Sumqayıt sakini həmyerlisini bıçaqlayıb

18 Noyabr 2016 16:40

Noyabrın 17-də paytaxtın Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini Rövşən İbadov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Elşən Nuriyev tutulub.

Ağstafada qətl törədənlər Bakıda saxlanıb

18 Noyabr 2016 16:39

Noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri (küt alətlə yetirilmə xarakterli) olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus "VAZ-2106" markalı avtomobildə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulub.

"Vidadi Zeynalova hər ay 500 min manat vermişik" 

18 Noyabr 2016 16:24

Baş direktordan ŞOK İFADƏ "Aztelekom" İstehsal Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun istintaqa verdiyi ifadə məlum olub.

"Nardaran işi" üzrə məhkəmə prosesi fasilədən sonra baş tutmayıb - YENİLƏNİB

18 Noyabr 2016 15:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin fasilədən sonra davam etdirilməsi mümkün olmayıb.