Kriminal

"Hər ay Beytulla Hüseynova 310 min manat pul vermişəm"

18 Noyabr 2016 15:01

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) sabiq baş mühasibi Anar Mustafayevin istintaqa verdiyi ifadəsi məlum olub.

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib

18 Noyabr 2016 13:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yevlaxda it oğruları tutulub

18 Noyabr 2016 13:09

Yevlaxda it oğruları tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Qasımov və Zaur Əliyev saxlanılıblar. Onlar noyabrın 14-də rayon sakini Bəhruz Zalova məxsus yardımçı təsərrüfatdan 3 cins iti, 5 ev quşunu və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinirlər. Hər iki şəxs əvvəllər məhkum olunublar. 

Darvaza uşağın üstünə aşdı

18 Noyabr 2016 13:06

Bakıda dəhşətli hadisə olay verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 12-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərində dəmir qapı düşüb. Xəstəxanaya yerləşdirilmiş uşaq noyabrın 17-də orada ölüb. Araşdırma aparılır.

İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti təmin edilmədi

18 Noyabr 2016 12:51

Ali Məhkəmədə "REAL" Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının  müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Keçmiş MTN generallarına qarşı daha bir neçə maddə ilə ittiham irəli sürülüb

18 Noyabr 2016 11:32

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova barəsində bir neçə maddə irəli sürülüb.

Azərbaycanda MARAQLI HƏBS - Psixotrop maddə kimə gətirilib?

18 Noyabr 2016 11:26

Azərbaycanda əczaçı qadın telefon nömrəsinin səhvən başqasına verilməsi səbəbindən həbs olunub. Olaylar.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə onun vəkili Cavid Rzazadə müvəkkili B.Xəyalə barəsində Yasamal Rayon Məhkəməsinin seçdiyi həbs-qəti imkan tədbiri qərarından verdiyi apellyasiya şikayətində qeyd edib.

Vidadi Zeynalov MTN generalları ilə üzləşdirilib

18 Noyabr 2016 11:19

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovla MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general-mayor Teymur Quliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə ibtidai istintaqa ifadə veriblər.

Akif Çovdarov: "Digərlərini buraxın, nəyi desəniz, imzalayım" - YENİLƏNİB

17 Noyabr 2016 17:23

Bu gün günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Münaqişə zəminində həmyerlisini bıçaqladı

17 Noyabr 2016 16:40

Noyabrın 11-də Göyçay şəhəri ərazisindən şəhər sakini Pərviz Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, o, izahatında şəhər ərazisində yıxılma nəticəsində xəsarət aldığını bildirmişdir. Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün P.Əliyevlə həmyerlisi Ruslan Xəlilov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə R.Xəlilov tutulub.

Ruhi xəstə həmyerlisini qətlə yetirib

17 Noyabr 2016 16:38

Noyabrın 16-da Quba rayonunun Barlı kəndində kənd sakini, ruhi xəstə Yusif Babayev həmkəndlisi Ramiz Məmmədova bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada dünyasını dəyişib.  Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Babayev tutulub.

Maşın qaçıran tutulub

17 Noyabr 2016 16:37

Oktyabrın 1-də Bakı şəhər sakini Afiq Cabbarova məxsus "Opel" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Daevoo" markalı avtomobilin Sabirabad rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib. DİN-dən verilən məlumata görə,  Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılmış və onu idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilmişdir.

Quldurluq edən dəstənin 2 üzvü saxlanıb

17 Noyabr 2016 16:36

Noyabrın 15-də rayon sakini Rəhman Qəhrəmanovun evindən 1600 manat pul və 3300 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparılıb. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qızılı aparmaqda şübhəli bilinən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Rauf Abbasov və İlqar Xeyrişli tutulublar. 

Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb 

17 Noyabr 2016 15:32

Bakıda oğurluq faktınnı üstü açılıb. DİN-dən verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktaybrın 19-da Bakı şəhər sakini Eldar Məhərrəmovun evindən 3000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Elvin Alıyev tutulub.

Bakıda 13 min 200 pirotexniki vasitə aşkarlandı

17 Noyabr 2016 15:27

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən hər birində 600 ədəd olmaqla 22 qutu, ümumilikdə isə 13 min 200 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.