Kriminal
Qadın mənzilində yanaraq ölüb
Bərdədə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
"Azəryolservis" rəsmisi: "800 manatlıq işi 10 min yazırdıq"
"Azəryolservis"in vəzifəli şəxsi hazırda məhkəməsi davam edən "Rabitə işi"nə cəlb olunub.
Akif Çovdarov qəzəbləndi: “Bilirəm, bu materiallar Eynulla Fətullayevə necə ötürülür
Çovdarovun qohumu olan keçmiş MTN-çi: "Şahmar Türkiyədə axtarışda olduğuna görə Azərbaycana qayıtmalı olub" - YENİLƏNİB
Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin günün ikinci yarısında davam edən iclasında "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Baş redaktora hökm oxundu - 6 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Cəfər Cəfərov, Sevinc Məmmədsalayeva, Fatmaxanım Aslanova və Bəsti Rəcəblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Binəqədidə yanan binanın üzləyən şirkətin rəhbəri məhkəmədə ifadə verib - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi təxirə düşüb - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilməyib.
Eldar Mahmudov 2.8 milyonluq dinləmə cihazını niyə alıb? - ŞOK TƏFƏRRÜAT
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və şəriki Ayaz Kərimovun şirkəti "Caspian Telecommunication LTD"-nin xarici ölkələrdəki bank hesablarına həbs qoyulub.
Bakıda yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılmasının neçə baş verdiyi məlum olub - "MTN işi"
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin işi üzrə zərərçəkmiş şəxslərdən “Yeni Yasamal” MTK tikinti şirkətinin sədri Cahangir Alışovun ibtidai istintaqa ifadəsində maralıq məqamlar üzə çıxıb.
Azərbaycanda qadınları zorlayanlar bağışlanacaqlar?
Son günlər Türkiyə Böyük Millət Məclisində müzakirə olunan "təcavüz etdiyi şəxslə evlənsə, həbs olunmayacaq" qanun layihəsinə münasibət həm Türkiyə cəmiyyətində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Yevlaxda ƏMƏLİYYAT - Qadağan edilmiş dini ədəbiyyat, qumbara, narkotik...
Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Eldar Mahmudovun ən ağır günü haqqında ilk dəfə... - ŞOK TƏFƏRRÜATLAR
Bu il artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sonuncu rəhbəri Eldar Mahmudovun 60 yaşı tamam olub. Mahmudov yubiley yaşını heç vaxt proqnozlaşdırmadığı kimi - sadəcə, ailə üzvləri ilə qarşılayıb. Əlbəttə, əgər buna "qarşılamaq" demək mümkündürsə. Onun yubiley yaşını dilxorçuluq və hüzn müşayiət edib.
Mənzildən 10 min dollar oğurlayan tutuldu
Bakıda mənzildən oğurluq edən şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Ziyarət Ağayev tutulub. Məlum olub ki, o, noyabrın 21-də Bakı şəhər sakini Maral Əsgərovanın evindən 1200 manat və 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən qrupun üzvüdür.
Qadın evində tüstüdən boğularaq ölüb
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Eldar Mahmudovun oğlunun biznes şərikinin istintaqı dayandırıldı
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun barəsində olan cinayət işi üzrə icraat dayandırılıb.














