Kriminal
Keçmiş məhkumdan silah və narkotik vasitə götürülüb
Baş Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Namazovdan 203,27 qram heroin göütürülüb. DİN-dən verilən məlumata görə, onun idarə etdiyi "VAZ-21214" markalı avtomobilə baxış zamanı ilə əlavə olaraq 350,462 qram heroin və 16 ədəd patron aşkar edilərək götürülüb.
Evdən qızıl oğurlayanın digər cinayətləri aşkar edildi
Baş Cinayət Axtarışı İdarəsi və Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Nigar Quliyevanın evindən 1400 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən rayon sakini Fərhad Muxtarov tutulub. Bu barədə DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 28-də Riayyət İsmayılovanın evindən 10.000 manat, 20.000 ABŞ dolları və qızıl əşyalar oğurlaması, habelə avqust ayında həmyerlisi Nail Şükürlü ilə birlikdə Bəxtiyar Əliyevə məxsus mağazadan 260 manat pul, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən edilib.
Qəbiristanlıqdan silah-sursat tapılıb
Bakıda qəbiristanlıqdan silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqdan “Revolver” tipli tapança və 5 ədəd patron tapılıb.
Gözətçi köşkdə yanaraq ölüb
Bakıda gözətçi köşkü yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 22-də saat 23.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birində baş verib. Nəticədə köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov isə noyabrın 23-də orada ölüb.Faktla bağlı araşdırma aparılır.
Bakıda qumarxana aşkarlandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən çay evinə baxış keçirilib. Nəticədə həmin obyektdə qanunsuz mərc, qumar oyunları təşkil edən Bakı şəhər sakini Mehdi Cəfərov və Ağstafa rayon sakini Müqabil Pənahov saxlanılıblar. Bununla yanaşı çay evinə baxış zamanı mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də digər əşyalar aşkar edilərək götürülüb. Araşdırmalar zamanı edilib ki, M.Cəfərov və M.Pənahov müvafiq qanunvericiliyin tələblərini pozaraq qanunsuz idman mərc oyunlarının təşkili nəticəsində külli miqdarda gəlir götürüblər. Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
"Azidman" MMC-yə məxsus anbarda oğurluq olub
İyunun 16-da rayon ərazisində yerləşən "Azidman" MMC-yə məxsus anbardan oğurluq edilib. DİN-dən verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 89186 manat dəyərində süni dam örtüyünü və ona aid qaynaq naqillərini oğurlamaqda şübhəli bilinən digər şəxs - İsmayıllı rayon sakini Asif Əbilov saxlanılıb.
Bakı sakinində saxta pasport aşkarlanıb
Paytaxt sakinindən saxta sənədlər aşkar edilərək götürülüb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mehin Mahmudzadədən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən saxta pasport və Moskva şəhərində orta məktəbi bitirməsinə dair saxta attestat aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun MƏKTUBU AÇIQLANDI
Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin pbaş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bir ailənin 3 üzvü avtoqəzada dünyasını dəyişdi
Qaradağ rayonunun Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Ələt magistralının 48-ci kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış üç cəsəd (kişi, qadın və uşaq) çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: ölən var
Rusiyanın Stavropol diyarının Nevinnomısk rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Olaylar.az modern.az-a istinadən xəbər verir ki, "Qafqaz" trasında baş verən qəzada "Mazda" avtomobili və "Volvo" markalı yükdaşıyan toqquşub.
Binəqədidə yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qadını döyüb, saçını kəsərək cibinə qoyub
Suraxanı rayonunda qanlı hadisə baş verib. Rayonun Yeni Günəşli qəsəbəsi V massivi bina 21 mənzil 81-də yaşayan 23 yaşlı Bədəlova Bəsti Allahverdi qızını qonşuları binanın blokunda qan içində aşkar ediblər. Bəsti Bədəlova çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər Bəsti Bədəlovanın döyüldüyünü bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, nitq qüsurlu olan Bəsti Bədəlova binanın blokunda aşkar edilsədə mənzilinin qapısı açıq olub. Lakin evdən oğurluq edilməyib. Naməlum şəxs Bəsti Bədəlovanın saçını kəsərək onun cibinə qoyub. Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.
Ehtiyat təkərdən 62 kq şabalıd çıxdı
Gömrük nəzarətindən gizlədilən 62 kq şabalıd aşkar edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüsatan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən və yük yerindəki ehtiyat təkərin içərisindən gömrük nəzarətindən gizlədilən 62 kq şabalıd aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Qətldə şübhəli bilinən daha bir nəfər saxlanıb
Şirvanda iki nəfərin qətlində şübhəli bilinən daha bir nəfər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.














