Kriminal
Sumqayıtda beşmərtəbəli binada yanğın olub
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın 3-cü mərtəbəsində 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunublar. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şirvanda “qumarbazlar” saxlanıb
Şirvanda qumarbazların məkanına çevrilən çayxana aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də S.Vurğun küçəsindəki çayxanada şəhər sakinləri Səbuhi İdriszadə, Raqif Qasımov və Əzizağa Əzizzadə qumar oynadıqları üçün saxlanılıblar.
Evdən pul və qızıl aparanın əlləri qandallanıb
Noyabrın 20-də şəhər sakini Sahibə Musayevanın evindən 9500 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerliləri Coşqun Musayev və İsmayıl Məmmədov tutulub.
Gəncədə əməliyyat: xeyli silah-sursat götürüldü
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə ŞPBİ əməkdaşlarının birgə keçirdikləri tədbirlər keçirilib.
DTX-nın məhv etdiyi terrorçu ilə bağlı şok məlumatlar
Azərbaycanda keçirilən antiterror əməliyyatı zamanı radikal islamçı məhv edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə tərəfdaşlarından ibarət "camaatın əmiri" kimi fəaliyyət göstərərək, vətəndaşları belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən vətəndaş 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
4 məhbus həbsxanadan qaçdı
ABŞ-ın Kaliforniya ştatında 4 məhbus həbsxanadan qaçıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, polis iki cinayətkarı saxlayıb. Hazırda axtarış davam etdirilir.
"Bandotdel" əməliyyat keçirdi
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
"Avis" apteklər şəbəkəsinin rəhbəri AZADLIĞA BURAXILDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən "Avis" apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstəyə hökm oxunub
Rusiya Federasiyasının Moskva şəhər Məhkəməsi adam oğurluğunda və soyğunçuluqda təqsirli bilinən 5 azərbaycanlıya hökm oxuyub.
Akif Çovdarovun işində zərərçəkmiş şirkət rəhbəri bəraət istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava düşdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Özündən 5 yaş kiçik qıza yataqxanada təcavüz etdi – SALYANDA ŞOK OLAY
Ağacın altında qalıb dünyasını dəyişdi
Oğuzda məcburi köçkün bədbəxt hadisə nəticəsində həyatını itirib. Məlumata görə, hadisə rayon ərazisindəki meşə massivində baş verib. Belə ki, 1974-cü ildə Ağdam rayonunda anadan olmuş, hazırda Oğuz rayonunda məskunlaşan məcburi köçkün Mutalib Cəfər oğlu Məmmədovun üzərinə hələlik istintaqa məlum olmayan səbəbdən ağac düşüb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 42 yaşlı M. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib. Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Mahmudovun "Mişa"sı haqda "milyonluq" FAKTLAR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və oğlu Anar Mahmudovun nəzarətində olan şirkətlərin faktiki, amma qeyri-rəsmi mühasibi "Mişa"nın on milyonlarla ölçülən vəsaitləri qanunsuz olaraq özündə saxlaması, vaxtaşırı müəyyən kanalları yönləndirməsi aşkarlanıb.
Bakıda bir-birinə bitişik evlər yanıb
Bakı şəhərində silsilə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m² 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın qonşu ərazilərə də keçərək 3 m²sahədə və bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 10 m² olan 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.














