Kriminal

Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib

28 Noyabr 2016 13:13

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

İnterpol bu azərbaycanlını axtarır

28 Noyabr 2016 12:21

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan məhkəməsi dələduzluqda təqsirləndirilən 1974-cü il təvəllüdlü Habil Mehdiyevin beynəlxalq axtarışa verilməsi barədə qərar çıxarıb.

Vidadi Zeynalovun vəkili jurnalistləri təhqir etdi

28 Noyabr 2016 11:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Lənkəranda yaşlı ər-arvadı öldürən şəxs tutuldu - QƏTLİN TƏFƏRRÜATI

28 Noyabr 2016 11:21

Keçən həftə Lənkəranda ahıl ər və arvadı öldürən şəxs saxlanılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, qətli törədən Fəqan Mikayılov adlı Lənkəran şəhər sakini olub. Hazırda o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən istintaqa cəlb olunub.

Qız üstündə adam öldürdü - 16 il HƏBS

25 Noyabr 2016 18:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiya azərbaycanlını “İnterpol” xətti ilə axtarışa verib

25 Noyabr 2016 17:38

Rusiya Federasiyası Ceyhun Nəbiyev adlı şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib.

23 il idi həbsdə yatan keçmiş deputat azadlığa çıxdı

25 Noyabr 2016 17:35

Özbəkistanda 23 il həbsdə yatan keçmiş deputat Samandar Kukanov azadlığa buraxılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, 72 yaşlı Kukanov keçmiş Özbəkistan Ali Sovetinin deputatı olub.

Telefon oğrusu ələ keçib

25 Noyabr 2016 17:11

Noyabrın 23-də metronun “Qara Qarayev” stansiyasında Bakı şəhər sakini Sevil Allahverdiyevaya məxsus mobil telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elçin Məmmədov tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyən edilib. 

Eldar Mahmudovun oğlunun şərikinin Azərbaycanı nə vaxt tərk etdiyi məlum olub

25 Noyabr 2016 16:27

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri və digərlərinin işi üzrə axtarışa verilən şəxslərdən Ayaz Kərimovun Azərbaycanı tərk etdiyi tarix müəyyənləşdirilib.

Milli Məclisdə işə düzəltmək adı ilə vətəndaşın 25 min manatını mənimsəyən şəxsə hökm oxunub

25 Noyabr 2016 16:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərasət Dəyyanov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Təqsirləndirilən şəxs: “Nazirliyin 255 min manatlıq iddiası ilə bağlı ödəniş etmişəm” - YENİLƏNİB

25 Noyabr 2016 16:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

Rusiya Mühafizə Xidmətinin generalı həbs edilib

25 Noyabr 2016 15:30

Rusiya Federal Mühafizə Xidmətinin generalı Gennadi Lopırev həbs edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi məlumat yayıb.

Gömrük nəzarətindən gizlədilən 26000 ədəd siqaret aşkar edilib

25 Noyabr 2016 15:24

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Balakəndə 4 otaqlı ev yanıb

25 Noyabr 2016 15:07

Balakən rayonu, İtitala kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 42 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.