Kriminal
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə hakim vəkilə irad bildirib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Cahangir Hacıyevin apellyasiya şikayəti icraata verilib
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.
Bakıda bacısını öldürən şəxsə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Radikal dindarların arsenalı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Oğrunun digər əməlləri ifşa edildi
Sentyabrın 17-də oğurluq etdiyinə görə tutulmuş Rüfət Rəhimovun yeni cinayət əməlləri məlum olub. DİN-dən verilən məlumata görə, ətrafında Sumqayıt ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 31-dən avqustun 28-dək olan müddətdə Sumqayıt şəhər sakinləri olan 5 nəfərdən pul və mobil telefonlar oğurlaması da müəyyən edilib.
Evdən qızıl oğurlayan qadın saxlanıb
Oktyabrın 9-da Masallı rayon sakini Aslan Fərzəliyevin evibndən 10.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən A.Fərzəliyevin həmyerlisi Məryəm Babaşova tutulub.
Biləsuvarda 2 nəfər bıcaqlanıb
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 27-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində kənd sakini Natiq Hüseynov münaqişə zəminində həmkəndliləri Mikayıl Məmmədova və Savalan Zeynalova bıçaqla xəsarət yetirib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Hüseynov tutulub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Adı "MTN" işində keçən şirkət rəhbərinin səhhəti pisləşdi - Məhkəmə təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə İ.Qasımov gətirilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin səhhətində problem olduğundan məhkəməyə gətirilməyib. Hakim prosesi sabah saat 16:00-a qədər təxirə salıb.
Rusiyada keçmiş nazir Ulyukayevin ev dustaqlığı barədə qərar qüvvədə saxlanılıb
Moskva Şəhər Məhkəməsi keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ev dustaqlığı ilə bağlı qərarı qüvvədə saxlayıb.
Göygöl sakinindən narkotik maddə götürülüb
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb. DON-dən verilən məlumata görə, onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Xaçmazda 3 otaqlı ev yanıb
Xaçmaz rayonu, Krasnı Xutor kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tüstü bacasının ətrafı 20 m2 və tavan hissəsi 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Telman İsmayılov kreditorlarından necə müdafiə olunur - ARAŞDIRMA
Müflisləşmə astanasında olan məşhur iş adamı Telman İsmayılovun aktivləri uğrunda mübarizə amansız olacaq. "APA-Economics" Rusiyanın "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, T. İsmayılovun borcunun 1/5-i "BM-Bank" ("VTB Group"un strukturuna daxildir) və iş adamı Sergey Yançukovun "Manqazeya" qrupunun strukturlarının payına düşür.
Beytulla Hüseynov: “Rəhbərliyə 10 yox, 22-24 milyon manat vermişəm” - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda saxta dolları dəyişdirmək istəyən qadın tutuldu
Bakıda saxta dolları dəyişdirmək istəyən qadın tutulub. Milli.Az DİN-ə istinadən bildirir ki, noyabrın 27-də Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis bölməsinə təhvil verilib.














