“Seyidə Şəhla”nı “Hüseyniyyun”la nə bağlayır?

Bir neçə gün əvvəl polisin Bakıda bir qrup qadının ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərdiyi üçün saxlaması barədə xəbər vermişdik. 

Globalinfo.az xəbər verir ki, "MOUZE" teleqram kanalı saxlanılan qadınlardan ibarət dəstənin başçısı "Seyidə Şəhla" ləqəbli Şəhla Fərəcova haqqında yeni fakt paylaşıb.

Kanalın yaydığı məlumata görə, "Seyidə Şəhla" Azərbaycanda "Hüseyniyyun" terror təşkilatının əsas təbliğatçısı olub.

Kanal həmçinin Seyidə Şəhla"nın "Hüseyniyyun" terror təşkilatını təbliğ etməsinə dair görüntü də paylaşıb.

Qeyd edək ki, "Hüseyniyyun" Azərbaycanda terror təşkilatı kimi tanınır.

Təşkilatın başında duran Tohid-İbrahimbəyli hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfdinən axtarışdadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31