Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu

19:06

Polisin "Sputnik Azərbaycan"ın ofisində əməliyyatı zamanı saxlanılanların adları bilinib.

Olaylar xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar "Sputnik"in Bakı filialının icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousovdur.

17:54

Daxili İşlər Nazirliyi "Sputnik Azərbaycan"ın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var.

Vurğulanıb ki, əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31