Ramin Şükürov korrupsiya cinayətlərinə görə həbs edildi
16:27 KriminalSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.
Qafqazinfo.az xəbər verir ki, Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.
O, bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, 3 aylıq həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31