Neftçilər parkında kişi arvadını öldürdü

Bakıda qətl hadisəsi olub.

Olaylar.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib.

45 yaşlı Natiq Zakir oğlu Məhərrəmov qısqanclıq zəminində arvadı 39 yaşlı Sevinc Tofiq qızını bıçaqla öldürüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən  N.Məhərrəmov tutulub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31