“Melissa Group”un rəhbərini neçə il həbs gözləyir? – Açıqlandı
29 Mart 15:03 KriminalQanunsuz söküntü işləri ilə bağlı saxlanılan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədova üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Globalinfo.az xəbər verir ki, Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bu maddə sözügedən müddətə qədər həbs cəzasını nəzərdə tutur.
Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31