Kriminal avtoritet azərbaycanlı iş adamının maşınını yandırdı

Gürcüstanda azərbaycanlı iş adamının avtomobili yandırılıb.

Olaylar.az bildirir ki, hadisə Qardabani şəhərində baş verib.

Gecə saatlarında Ələzir İrzayevin evinin həyətində avtomobilinə benzin tökülərək yandırılıb. Məlumata görə, hadisənin yerli kriminal avtoritet tərəfindən törədildiyi ehtimal olunur.

Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir. (lent.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31