Şəmşad Ağa və Şahnaz Bəylərqızı həbs olundu

"Arqument.az" saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

Bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31