Qəzanı QHT sədri törədibmiş - ölən var - YENİLƏNİB
13:01 KriminalQəzada həyatını itirən şəxslə hadisəni törətməkdə şübhəli bilinən sürücünün kimliyi məlum olub.
Qafqazinfo xəbər verir ki, hadisənin rayon sakini, "Vətənpərvərlər" İctimai Birliyinin sədri Məhərrəm İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillə törətməsi müəyyənləşib.
Qəzada həyatını itirən şəxs isə araba ilə odun daşıyan Sərkar kənd sakini 72 yaşlı Əsgərov Elmay Məmməd oğludur.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31