Sumqayıtda qadını aldadıb 50 min manatını aldı
30 İyul 2024 17:46 KriminalSumqayıtda qadına qarşı külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, şəhər sakini olan bir qadının dələduzluq yolu ilə 50000 manat pulu əlindən alınıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Xasi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31