"Bu il 4 ağır cinayətin üstünün açılması təmin edilib" - Baş Prokuror

Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31