Gəncədə qorxunc hadisə - 3 yaralı var
29 İyun 2024 11:45 KriminalGəncədə 3 nəfər yanıq xəsarəti alıb.
Olaylar xəbər verir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, başqa bir şəxs içərisi benzinlə dolu plastik qabı yandıraraq onların üzərilərinə atıb. Nəticədə 3 nəfər yanıq xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31