Bakıda çimərlikdə 27 yaşlı kişi qətlə yetirildi

İyunun 19-da saat 03 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Olaylar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31