Bakıda yolda gördüyü qızları çəkib Tiktokda paylaşan şəxs həbs olundu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "TikTok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31