Bakıda kafedə dava düşüb: bir nəfər bıçaqlanıb

Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Olaylar xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən "Antalya" kafesində baş verib.

Belə ki, Həbib Qaçayev yaranmış mübahisə zamanı Şirxan Hüseynova masanın üzərindən götürdüyü bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başanıb, H.Qaçayev şübhəli şəxs qismində tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31