Bacısı həbsdəki qardaşına narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısının gətirdiyi sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31