Ata həbsdə olan oğluna xurmanın içində narkotik keçirmək istədi
19 Aprel 2024 19:04 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən verilən məlumata görə, həbs edilmiş şəxs İlkin İlham oğlu Vəzirova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,831 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31