Azərbaycanda 22 yaşlı oğlan qadını benzinlə yandırdı - RƏSMİ

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

Olaylar bildirir ki, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31