12 manata görə qətlə yetirilən 40 yaşlı Azərsu işçisinin FOTOLARI

Tərtərdə 1984-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu su pulu yığan zaman həmkəndlisi 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu ilə mübahisə zamanı qətlə yetirilib. 

Olaylar.az qətlə yetirilən 3 uşaq atası Elburus Şəmilovun fotolarını əldə edib. Mərhumun 2 oğlu 1 qızı var. Dünyasını dəyişən şəxsin kiçik oğlu 2-ci sinif şagirdidir.

Qeyd edək ki, hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. (manset.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31